Gürcüstan prezidenti azərbaycanlı gənclərlə görüşəcək

00:40 - 24 Fevral 2018 - SİYASƏT

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində fevralın 26-da azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonuna səfər edəcək.
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, dövlət başçısı rayonun Mülki Məşğulluq Mərkəzində yerli gənclər və ictimaiyyət nümayəndələri ilə görüş keçirəcək.
 
G. Marqvelaşvili görüşdə Gürcüstan dövlətçiliyinin qarşısında duran müasir çağırışlar barədə danışacaq və kampaniyanın məqsədlərini açıqlayacaq.
 
Qeyd edək ki, G. Marqvelaşvili qeyd olunan kampaniyaya fevralın 20-də Telavi Dövlət Universitetində start verib. Dövlət başçısı tədbirdə gəncləri yubiley tədbirlərinə qoşulmağa çağırıb və respublikanın 100 illiyi ilə bağlı esse müsabiqəsi elan edib. Mayın 26-dək davam edəcək kampaniya ölkənin bir sıra şəhər və rayonlarını əhatə edəcək.   

Xəbər xətti