Afrində terrorçulardan azad edilən məntəqələrinin sayı 100-ə çatdı

23:36 - 23 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 100-ə çatıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu gün Afrində daha 5 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
 

“Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı isə 1873 nəfərə çatıb.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti