Nazir vətəndaşlarla görüşdü - Fotolar

13:21 - 23 Fevral 2018 - Cəmiyyət

Nazir Əbülfəs Qarayev Göyçaydakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinlərinin müraciətlərini dinləyib.
 

"Ucnota.az" “Qafqazinfo”ya istinadən  xəbər verir ki, görüşdən öncə nazir Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Əbülfəs Qarayev daha sonra Heydər Əliyev Mərkəzi ilə tanış olub.
 

Qəbulda vətəndaşların mədəniyyət müəssisələrinin fəaliyyəti, tarixi-mədəni abidələrin təmir-bərpası və digər məsələlərlə bağlı müraciətləri səslənib.
 

Nazir Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində ölkə başçısının tapşırığı ilə keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: 
 

"Bugünkü qəbulda da bir sıra maraqlı təkliflər oldu. Kitabxana sistemlərində müasir texnologiyaların tətbiqi, bu sahədə çalışan işçilərin bilik və bacarıqlarının artırılması üçün kursların təşkili və digər təkliflər səsləndirildi. Bütün müraciətlərə diqqətlə baxılacaq”. 

 


Xəbər xətti