ABŞ Şimali Koreyaya qarşı yeni sanksiyalar hazırladı

23:10 - 23 Fevral 2018 - DÜNYA

ABŞ prezidenti Donald Trampın administrasiyası Şimali Koreyaya qarşı yeni sanksiyalar paketi hazırlayıb.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, Tramp, Pxenyana qarşı yeni sanksiyaları mühafizəkarların konfransında elan edəcək.

“Bu Şimali Koreya rejiminə qarşı ən böyük sanksiya paketi olacaq”,- deyə məlumatda bildirilir.

Sanksiyalar haqqında Ağ Evdən bundan başqa məlumat verilmir.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Mayk Pens Şimali Koreya rejimini “qanlı” adlandırıb. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli isə, Şimali Koreyaya qarşı sanksiyaların böyük rol oynadığını bildirib.

Xəbər xətti