"Afrini tezliklə terrorçulardan azad edəcəyik” Ərdoğan

17:45 - 23 Fevral 2018 - DÜNYA

“Suriya və İraqın tezliklə sabitliyə qovuşacaığına ümid edirik”.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 23-də hakim Ədalət və İnkişaf Partiyasının əyalət sədrlərinin genişləndirilmiş toplantısında bildirib.

O qeyd edib ki, hazırda Türkiyədə 3,5 milyon suriyalı və iraqlı qaçqın var: "Onlara yardım edəndə gördük ki, terror ölkəmizə qədər gəlib. Otuz beş gündür davam edən “Zeytun budağı” əməliyyatı zamanı terrorçular zərərsizləşdirilir, əməliyyat addım-addım irəliləyir və artıq 1000 kənd terrorçulardan təmizlənib. Terrorçular bölgədəki əsas yüksəkliklərdən çıxarılıb. Ona görə də bundan sonar əməliyyat daha sürətlə davam edəcək. Afrin şəhər mərkəzini tezliklə terrorçulardan təmizləyəcəyik”.

Xəbər xətti