Parlamentdə Xocalı ilə bağlı BƏYANAT

12:25 - 23 Fevral 2018 - SİYASƏT

Milli Məclisin bu  gün keçirilən iclasında Xocalı soyqırımının 26- ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlanacaq.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə spiker Oqtay Əsədov plenar iclasda məlumat verib. O qeyd edib ki, hazırda parlamentin 20-yə yaxın üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı dünyanın müxtəlif ölkələrində tədbirlərdə iştirak edir:
 

“Başqa bir neçə millət vəkilinin xarici ölkələrdəki tədbirlərə qatılması gözlənilir.  Eyni zamanda parlament adından da  beynəlxalq təşkilatlara bəyanat ünvanlanması ilə nəzərdə tututulur”.

Xəbər xətti