Ana səhifə
13 Noyabr 2018

Azərbaycan Türkiyəyə qaz ixracını artırıb

2017-ci ildə Azərbaycan Türkiyəyə 6,54 milyard kubmetr qaz tədarük edib.
 

"Ucnoqta.az" xəbər verir ki, Trend bu barədə Türkiyənin Enerji Bazarlarının Nizamlanması İdarəsinin hesabatına istinadən məlumat verir.
 

Hesabatda qeyd olunur ki, 2016-cı ildə bu göstərici 6,48 milyard kubmetrə bərabər idi.
 

Ötən il Türkiyə 55,2 milyard qaz idxal edib ki, ondan 44,43 milyardı boru kəmərləri, 10,76 milyard kubmetri mayeləşdirilmiş təbii qaz idxalının payına düşüb.
 

Türkiyənin təbii qaz idxalında Azərbaycanın payı 11,9 faiz təşkil edib.
 

Qeyd edək ki, Türkiyə Azərbaycandan Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə qaz idxal edir.

Tarix
23 Fevral 2018 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin