Milli Məclisin plenar iclası başlayıb

12:06 - 23 Fevral 2018 - SİYASƏT

 Milli Məclisin növbəti plenar iclası başlayıb.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

Bunlar "Patent haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında", "Dövlət rüsumu haqqında", "Baytarlıq haqqında", "Fitosanitar nəzarəti haqqında", "Yeyinti məhsulları haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" və.s qanunlara, o cümlədən Miqrasiya və İnzibati Xətalar məcəllərinə dəyişiklik layihələridir.

Bundan başqa, iclasda yeni hazırlanan "Standartlaşdırma haqqında" və "Texniki tənzimləmə haqqında" qanun layihələrinə də baxılacaq.

Xəbər xətti