Siyasi proseslərin əsası kimi seçkilər hər bir demokratik sistemin özəyidir

18:17 - 23 Fevral 2018 - KİVDF

Azərbaycanda keçirilən seçkilər hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfdir

 Demokratik hüquqi dövlət quruculuğu prosesi Azərbaycanda ictimai-siyasi sabitlik bərqərar olunduqdan sonra həyata keçirildi və bu gün də uğurla davam etdirilir. Ölkədə hüquqi dövləti qurmaq üçün ilk növbədə konstitusion rejim, mükəmməl hüquq sistemi, effektiv məhkəmə hakimiyyəti, hakimiyyətlər bölgüsü kimi prinsiplər yaradıldı. Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində demokratik seçki önəmli rol oynadı. Qeyd edək ki, siyasi proseslərin əsası kimi seçkilər hər bir demokratik sistemin özəyidir, onsuz heç bir demokratiya mümkün deyil. Amma seçkilər, sadəcə olaraq, keçirilməli deyil, məhz demokratik normalar əsasında həyata keçirilməlidir. Bu baxımdan Azərbaycanda keçirilən seçkilər hüquqi dövlət quruculuğu prosesinə mühüm töhfdir və o  şəffaf, ədalətli və obyektiv keçirildi. Bu da bir aksiomdur ki, seçkilərin bu mühüm prinsiplər çərçivəsində keçirilməsi xalqın ümumi iradəsinin milli mənafelər ətrafında birləşdirilməsi kimi mühüm amil rolunu oynayır.

Azərbaycanda seçkilərin keçirilməsi, onun hüquqi əsasları ölkə qanunvericiliyi ilə tənzimlənir  Seçki Məcəlləsində bu məsələ öz əksini tapıb. Məsələn, Seçki Məcəlləsinin  54 maddəsi isə  namizədlərin siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülməsindən ibarətdir. Bildirilir ki, namizədin irəli sürülməsi haqqında qərarı siyasi partiya öz nizamnaməsinə uyğun olaraq qəbul edir. Belə qərar kollegial qaydada səsvermə yolu ilə qəbul edilməlidir. Siyasi partiyaların bloku tərəfindən irəli sürülən namizəd bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul edilir. Siyasi partiyaların bu səlahiyyətli nümayəndələri partiyaların qurultayında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirilir. Bu maddənin 3-cü bəndində qeyd olunub ki, namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir. Namizədin irəli sürülməsi barədə siyasi partiyanın, siyasi partiyalar blokunun qərarı protokolla rəsmiləşdirilir. Həmin protokolda aşağıdakılar göstərilir: iclasda (qurultayda, konfransda, rəhbər orqanın iclasında) iştirak etmək üçün qeydə alınmış iştirakçıların sayı; siyasi partiyalar blokunun yaradılması haqqında sazişdə nəzərdə tutulan qərarın qəbul edilməsi üçün lazım olan iştirakçıların sayı; namizədin irəli sürülməsi barədə qərar və bu qərar üzrə səsvermənin nəticələri; qərarın qəbul edilməsi tarixi.
 

Çeçki Məcəlləsinin 54-cü maddəsinin 4 bəndində bildirilir ki, siyasi partiya, siyasi partiyaların bloku bloka daxil olan partiyaların üzvü olmayan şəxsləri namizəd kimi irəli sürə bilərlər. Bu zaman namizədin adı ilə birlikdə siyasi partiyanın səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri də təqdim edir: siyasi partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti; siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti; namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclaslarının) qərarı və müvafiq iclasın protokolu;. siyasi partiyanın səlahiyyətli nümayəndələrinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş vəkalətnamələrini.
 

Bundan başqa,  Ceçki Məcələsinin 54-cü maddəsinin 6 bəndində bildirilir ki, namizədin adı ilə birlikdə siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi müvafiq seçki komissiyasına aşağıdakı sənədləri təqdim edir. siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanının iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları; siyasi partiyaların blokuna daxil olan siyasi partiyaların nümayəndələrinin iclasının (qurultayının, konfransının) siyasi partiyaların bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu; siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinin notarial qaydasında rəsmiləşdirilmiş vəkalətnamələri.

Maddənn 7-ci bəndində isə bildirilir ki, müvafiq seçki dairələri üzrə irəli sürülmüş namizədlərə aid sənədlər müvafiq seçki komissiyasına siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilir. Namizədlərin adları Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada təqdim edilir, çap üsulu ilə və ya maşınla oxunmasına imkan verən başqa üsulla tərtib olunur.
 

Siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi yuxarıda qeyd olunan sənədlərlə birlikdə namizədin seçiləcəyi halda həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam veriləcəyi barədə öhdəliyi də göstərilməklə, namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə ərizəsini də təqdim edir. Bu ərizədə namizədin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı, təhsili, əsas iş və ya xidmət yeri, o cümlədən tutduğu vəzifə (bu olmadıqda — fəaliyyət növü), namizədin arzusu ilə siyasi partiyaya mənsubluğu göstərilir. Namizədlərin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda, ərizədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı və nömrəsi, namizədin xarici ölkədə cinayət məsuliyyəti yaradan əməli olmuşdursa və bu əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan cinayət məsuliyyəti yaradırsa və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışdırsa, xarici ölkənin qanununun adı göstərilməlidir. Ərizədə namizədin vətəndaşlığı və ya xarici ölkə vətəndaşlığına mənsubluğu, başqa dövlətlər qarşısında öhdəliyin olub-olmaması haqqında məlumatlar daxil edilir. Seçki komissiyası təqdim edilmiş sənədlərə 5 gün müddətində baxır, müvafiq seçki dairəsi üzrə irəli sürülmüş namizədin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərar qəbul edir və siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə bu barədə məlumat verir. Müvafiq seçki komissiyası təqdim olunmuş sənədlərin qəbul edilməsindən imtina edə bilməz. Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur.
 

54-cü maddənin 10-cu bəndində bildirilir ki,irəli sürülmüş namizədin təsdiq olunmasından imtina edilməsi üçün əsas yalnız bu sənədlərin lazımi qaydada rəsmiləşdirilməməsi və ya namizədin irəli sürülməsinin bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydasının pozulması ola bilər. Səhvlər və pozuntular müvafiq sənədlərdə siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi tərəfindən düzəlişlər edilməsi yolu ilə aradan götürülə bilərsə, müvafiq seçki komissiyası namizədi  5 gün müddətdə bu haqda xəbərdar edir, müvafiq düzəlişlər edildikdən sonra namizədin irəli sürülməsini təsdiqləyir.
 

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları irəli sürülmüş müvafiq namizədlər barədə məlumat alınmasına şərait yaratmalıdırlar.

Xəbər xətti