Nazir Lənkəranda qəbul keçirəcək

11:18 - 23 Fevral 2018 - Cəmiyyət

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən fevralın 27-də saat 11.00-dan Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında vətəndaşların qəbulu keçiriləcək.
 
 
"Ucnoqta.az" FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata istinadən bildirir ki, qəbulda yalnız Lənkəran, Astara, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
 
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
 
Qəbula gələn vətəndaşların qeydiyyatı Lənkəran şəhərində, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin binasında 26 fevral 2018-ci il tarixdə saat 09.00-da başlayacaq.
 
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Xəbər xətti