“Zeytun budağı”nda 1873-cü terrorçu zərərsizləşdirildi

11:16 - 23 Fevral 2018 - DÜNYA

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatı çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 1873 nəfərə çatıb.
 

"Ucnoqta.az" Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.
 

Məlumatda bildirilir ki, son sutkada 44 terrorçu məhv edilib.
 

Qeyd edək ki, Baş Qərargahı terrorçulardan azad edilən məntəqələrin sayı ilə bağlı ötən gün açıqladığı son rəqəm 93 olub.
 

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

Xəbər xətti