Ana səhifə
17 Noyabr 2018

YAP imzaları MSK-ya təqdim edib

Hakim Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Azərbaycan Prezidentliyinə namizədliyi irəli sürülən İlham Əliyevin namizədliyinin qeydə alınması üçün toplanan imzaların partiyada yoxlanılması prosesi başa çatıb.

"Ucnoqta.az" xəbər veir ki, bu barədə “Report”a YAP-ın icra katibinin müavini, partiyanın səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, toplanan imzalar və zəruri sənədlər Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

S.Novruzovun sözlərinə görə, YAP İlham Əliyevin Azərbaycan Prezidentliyinə namizədliyinin müdafiəsi üçün mövcud 125 dairənin hər birinin ərazisində imzatoplama aksiyası keçirib.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 2018-ci il fevral ayının 8-də VI Qurultayı keçirilib. Qurultayda 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə yekdilliklə qərar qəbul edilib. Fevralın 14-də Mərkəzi Seçki Komissiyasının iclasında 2018-ci il aprelin 11-nə təyin edilən Azərbaycan Respublikası prezidentinin seçkilərində namizədliyi YAP tərəfindən irəli sürülən İlham Əliyevin namizədliyinin irəli sürülməsi təsdiq edilib.

Qeyd edək ki, Azərbaycanda aprelin 11-nə prezident seçkiləri təyin edilib.

Tarix
23 Fevral 2018 [11:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin