Ana səhifə
13 Noyabr 2018

Bu küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən (Əhmədli metrostansiyası) Babək prospektinədək olan istiqamətində 24 fevral tarixindən etibarən, avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik məhdudlaşdırılacaq.
 

"Ucnoqta.az" "Azəravtoyol"un mətbuat xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
 

Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
 

Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən Əhmədli metrostansiyasına doğru olan hissəsində isə hər hansı bir məhdudiyyət tətbiq edilməyəcək.

Tarix
23 Fevral 2018 [11:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin