Bakıda avtobusların ləngimə səbəbləri açıqlanıb

09:58 - 23 Fevral 2018 - ÖLKƏ İÇİ

Bakının bir neçə yolunda nəqliyyatın hərəkətində sıxlıq olduğundan avtobusların hərəkətində ləngimə baş verib.
 
"Ucnoqta.az" “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.
 
“Hal-hazırda 28 May küçəsi - Rəşid Behbudov küçəsi kəsişməsi istiqamətində, Rəşid Behbudov küçəsi - Mərkəzi Bankın qarşısı, Tbilisi prospekti, Heydər Əliyev prospekti,  Afiyəddin Cəlilov küçəsində avtomobil sıxlığı müşahidə olunduğundan bu istiqamətdə hərəkət edən marşrut avtobuslarımızın intervallarında müvəqqəti ləngimələr baş verib”, - deyə məlumatda qeyd olunub.

Xəbər xətti