Ana səhifə
19 Dekabr 2018

Yulğun kollarını kəsən cərimələndi- 4 min manat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.
 

"Ucnoqta.az" ETSN-ə istinadən xəbər verir ki, keçirilən reyd zamanı İmişli rayonu Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib.
 

Araşdırma zamanı yulğun kollarının  İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən  kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Tarix
22 Fevral 2018 [15:24]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin