Ana səhifə
22 İyun 2018

İslam Əməkdaşlıq Təşkilatı Xocalı qırğınını yad edir

Azərbaycanın Xocalı şəhərində baş vermiş qırğının yad edilməsinin 26-cı ildönümü münasibətilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi 1992-ci il cinayətində həyatını itirmiş hər kəsin xatirəsini yad edib.

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, baş katib vurğulayıb ki, Xocalı hadisəsi Ermənistan tərəfindən Azərbaycan ərazisinin qeyri-qanuni işğalının nəticəsidir. O, işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və genosid kimi qiymətləndirən İƏT Xarici İşlər Nazirləri Şurasının əvvəlki sessiyalarında qəbul edilmiş qətnamələrə və İslam sammitinin 12-ci iclasının Qahirə Yekun Kommunikesinə istinad edib. Daha sonra baş katib Azərbaycan Respublikasının, ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası istiqamətində təşəbbüslərinə və səylərinə İƏT-in tam dəstəyini bir daha qeyd edib.

Tarix
22 Fevral 2018 [14:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin