ABŞ-da fövqəladə vəziyyət elan olunub

23:00 - 22 Fevral 2018 - DÜNYA

ABŞ-ın İndiana ştatında xilasetmə xidmətinin əməkdaşları güclü leysan yağışları və qarın əriməsinə görə yaranan daşqınlarla əlaqədar bir neçə şəhərin sakinlərini təxliyyə edir.

"Ucnoqta.az" Reporta-a istinadən xəbər verir ki, hazırda Elxart və Qoşen şəhərlərində fövqəladə vəziyyət elan olunub.

Ştatın şimalında bir çox nəqliyyat marşrutları bağlanıb, yalnız fövqəladə və digər xidmətlərin əməkdaşları tərəfindən istifadə edilir.

Elxart Administrasiyasından bildirilib ki, şəhər son 45 il ərzində ilk dəfə belə daşqınlarla üz-üzə qalır.

Meteoroloqlar isə çayların daşması və güclü yağışlara görə daşqınların İndiana ilə qonşu ştatlara da təhlükə yarada biləcəyi ilə bağlı xəbərdar ediblər.
Miçiqan ştatının rəhbərliyi artıq 6 rayonun sakinlərini müvəqqəti olaraq evlərini tərk etməyə çağırıb.

Xəbər xətti