Ana səhifə
19 İyun 2018

Sürüşmə zonasının sakinləri kirayəpulunun məbləğindən NARAZIDIR

Bayıl yamacında sürüşmə zonasından köçürülən sakinlər narazılıq və narahatlıq içərisindədir.

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Modern.az-a sakinlər  məlumat verib.

Onların sözlərinə görə, ayrılan kirayə haqqı icra başçısının açıqladığı rəqəmdən xeyli aşağıdır:

“Eldar Əzizov demişdi ki, ən aşağı kirayə haqqı 260 manat olacaq. Amma bütün sakinlərə 200 manat olmaq bir aylıq kirayə haqqı verdilər. Əksəriyyət verilən kirayə haqqından imtina edib. Çünki elə ailələr var ki, üzvləri 8-9 nəfərdən ibarətdir. Yəni onların hamısını bir ailə kimi qeydə alıblar. Baxmayaraq ki, 2-3 ailədirlər. Hətta bəzi ailələr Bayıldakı evinə geri qayıdıb ki, orada yaşayacaq. Digər tərəfdən, “icra başçısı alimlərin rəyini gözləyirik, söküləcək evlərə qərar veriləcək” deyib. Amma dünən axşam “Azərsu”nun işçiləri su sayğaclarını açıb aparıblar. Hətta bağlı evlərin sakinlərinə müraciət etmişdilər ki, “gəlin evləri açın sayğacları götürək”.

Narazı sakinlər evlərinə qayıtmaq istədiklərini deyir:

“Əgər bu evlərin köçürülməsilə bağlı qərar yoxdursa, rəy gəlməyibsə, “Azərsu” sayğacları niyə açıb aparır? İcra başçısının müavini Abid müəllim açıq şəkildə deyib ki, kirayə haqqını verdikdən sonra evlər söküləcək. Amma kirayə haqqı da tam deyil. Həm məbləğ aşağıdır, həm də bildirilib ki, kirayə pulları aybaay karta köçürüləcək. Ona görə də sakinlər geri qayıtmaq istəyir”.

Tarix
22 Fevral 2018 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin