Ana səhifə
21 İyun 2018

Azərbaycan şirkəti BƏƏ-yə fındıq ixrac edəcək

Azərbaycan şirkəti Birləşmiş Ərəb Əmirliklərinə findıq ixrac edəcək.

"Ucnoqta.az" İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata istinadən bildirir ki, Dubayın Beynəlxalq Ticarət Mərkəzində keçirilən "Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində Azərbaycanın "Azhazelnut" şirkəti ilə Birləşmiş Ərəb Əmirliklərindən olan şirkət arasında 40 ton fındıq ləpəsinin ixracına dair müqavilə imzalanıb.

Bundan başqa, Azərbaycanın süd və şirniyyat məhsullarının Səudiyyə Ərəbistanı, Tunis və Birləşmiş Ərəb Əmirliklərində distributorluğunun açılması məqsədilə xarici şirkətlərin təklifləri müzakirə olunur.

"Gulfood 2018" Beynəlxalq Ərzaq Sərgisində "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunan Azərbaycan məhsulları ziyarətçilər, potensial müştərilər tərəfindən maraqla qarşılanır.

Tarix
22 Fevral 2018 [22:00]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin