Ana səhifə
12 Dekabr 2018

Gürcülər Almaniyadan kütləvi deportasiya edilir

Avropa İttifaqı ərazisində qalmaq şərtlərini pozan gürcü vətəndaşları kütləvi şəkildə Almaniyadan deportasiya olunur.

"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Baş konsulluğu məlumat yayıb.

Məlumata görə, dünən Almaniya Federativ Respublikasından növbəti readmissiya həyata keçirilib və  65 vətəndaş qaytarılıb.

 
Agentliyin məlumatına görə, bu məlumatı sosial şəbəkələrdə Almaniyada yaşayan gürcülər yayıb. Onların məlumatına görə, ölkədən çıxarılanlar Şimali Reyn-Vestfaliya və Baden-Vürtemberq torpaqlarında yaşayıblar. Bildirilir ki, yaxın vaxtlarda analoji işlər üzrə çoxsaylı məhkəmə iclasları təyin olunub və bu məhkəmələrdə işlərə çox tez baxırlar.
 

Qeyd edək ki, 2017-ci ilin martında Gürcüstan və Avropa İttifaqı arasında vizasız rejim qurulub. Gürcüstan vətəndaşları vizasız 90 gün ərzində Avropa İttifaqı və Şengen ölkələrində qala bilərlər. Lakin iş və ya tədris üçün viza almağa məcburdurlar. Qaydaları pozanları Gürcüstana deportasiya edir və 3 min avro cərimələyir, həmçinin 5 il ərzində Aİ-yə gəlməyə qadağa qoyurlar.

Tarix
22 Fevral 2018 [21:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin