Bəxtiyar Vahabzadənin həyat yoldaşı vəfat etdi

10:44 - 22 Fevral 2018 - Mədəniyyət

Azərbaycanın mərhum Xalq şairi Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki üz verib.

Mərhum Xalq şairinin həyat yoldaşı Dilarə Vahabzadə ötən gecə vəfat edib.

"Ucnoqta.az " "Ölkə.Az"a istinadən xəbər verir ki, bu barədə Modern.az-a ailənin yaxınları məlumat veriblər.

Bildilib ki, Dilarə xanımla vidalaşma mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Xatırladaq ki, Bəxtiyar Vahabzadənin özü də fevral ayında vəfat edib. Mərhum xalq şairi 2009-cu il fevral ayının 13-də 83 yaşında dünyasını dəyişmişdi.


Xəbər xətti