Ana səhifə
25 İyun 2018

ABŞ səfirliyinə qumbara atıldı - Monteneqroda

ABŞ-ın Monteneqrodakı səfirliyinin binası yaxınlığında partlayış baş verib.
 
"Ucnoqta.az"-ın APA-ya istinadən verdiyi xəbərə, hadisə ilə əlaqədar səfirliyin binasına bütün girişlər bağlanıb. Partlayış nəticəsində dəymiş ziyan barədə məlumat yoxdur.
 
 
İlkin məlumata görə, partlayışı törədən şəxs əvvəlcə paytaxt Podqoritsada yerləşən səfirliyin ərazisinə bir neçə əl qumbarası atıb, sonra isə özünü partladıb.
 
Səfirliyin saytında ABŞ vətəndaşlarına xəbərdarlıq ünvanlanıb.
 
Onlara səfirliyin binasına yaxınlaşmamaq, çoxlu insan olan yerlərdən uzaq durmaq, yerli hakimiyyət orqanlarının göstərişlərinə riayət etmək və vəziyyəti media vasitəsilə izləmək tövsiyə olunub.

Tarix
22 Fevral 2018 [09:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin