Ana səhifə
22 Sentyabr 2018

İcra başçısı xocalılarla görüşdü - Foto

Xocalı faciəsinin ildönümü ilə bağlı Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində məskunlaşmış Xocalı sakinlərinin Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında pulsuz  tibbi müayinələri təşkil olunub.
 

"Ucnoqta.az" İH-dən “Qafqazinfo”ya daxil olan xəbərə istinadən bildirir ki, həmçinin İcra Hakimiyyətində Xocalı köçkünləri ilə görüş keçirilib. Görüşdə çıxış edən icra başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. 
Tədbirdə çıxış edənlər Xocalı rayon İcra Hakimiyyəti Başçısının müavini Vahid Əliyev, şəhid ailələri  Sahibə İsmayılova  və Ofeliya Məmmədova Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
 

Tədbirin sonunda  Asif  Əsgərov Xocalı sakinlərini qəbul edib, onların qaldırdıqları məsələlərlə bağlı müvafiq izahatlar və aidiyyəti üzrə tapşırıqlar  verib. 
Sonra  Nəsimi rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  yardımlar  göstərilib. 

Tarix
21 Fevral 2018 [16:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin