Ana səhifə
23 Sentyabr 2018

Türkiyə Afrinlə bağlı xəbərləri təkzib etdi

Türiyə ordusu Afrinə daxil olmaq istəyən Suriya Milli Qüvvələrinin qarşısını alıb.
 
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın açıqlama verib. İbrahim Kalının sözlərinə görə, Əsəd rejiminin dünəndən etibarən Afrinə daxil olduğu ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir: “ Biz elə əvvəldən bu məlumatların təsdiqə ehtiyacı olduğunu, xəbərlərə ehtiyatla yanaşmaq lazım olduğunu qeyd etmişdik. Hələbə yaxın ərazidən gəlib Afrinin cənubuna, oradan da şəhərə daxil olmağa çalışan bir qrupla üz-üzə gəlmişdik. Ancaq topçu atəşlərlə düşməni Hələbə doğru  geri çəkilməyə məcbur etmişik”.
 
Terror təşkilatı YPG-nin sözçüsü Nuri Mahmud məsələ ilə bağlı açıqlama verərkən bildirib ki,Əsəd ordusuna bağlı olan bir qrup Afrinə daxil olmaq istəyərkən türk ordusunun bombardmanı ilə qarşılaşıb və iki nəfər əsgəri öldürülüb.

Tarix
21 Fevral 2018 [14:56]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin