Ana səhifə
13 Noyabr 2018

Azərbaycan-İordaniya iqtisadi əlaqələri müzakirə edilib

Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri çərçivəsində Əmmanda iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev İordaniya Haşimilər Krallığının sənaye, ticarət və təchizat naziri, Komissiyanın həmsədri  Yarub Qudah ilə görüşüb.
 

"Ucnoqta.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan-İordaniya iqtisadi əlaqələrinin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələrin aparıldığı görüşdə bildirilib ki, bu il Azərbaycan ilə İordaniya arasında diplomatik əlaqələrin qurulmasının 25 ili tamam olur. Ötən illər ərzində qarşılıqlı münasibətlərin inkişafında çox işlər görülüb. Bununla belə, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına stimul yaradır.
 

Görüşdə investisiya sahəsində əməkdaşlığın inkişafı üçün Azərbaycan İnvestisiya Şirkəti ilə əməkdaşlıq, Ələt Azad Ticarət Zonasında və Azərbaycanda yaradılan sənaye parklarında İordaniya şirkətlərinin investor kimi iştirakı imkanları diqqətə çatdırılıb. Azərbaycanda birgə əczaçılıq müəssisəsinin yaradılması imkanlarını qeyd edən Şahin Mustafayev nəzərə çatdırıb ki, İordaniyadan Azərbaycana dərman preparatları ixrac edilir. Azərbaycan ilə birgə müəssisə yaradıldıqdan sonra isə istehsal olunan məhsulun çeşidi artar və bu əczaçılıq məhsullarının üçüncü ölkələrə ixracını da təşkil etmək olar. Bundan başqa, Azərbaycanda yaradılmış aqroparklarda İordaniya ilə birgə kənd təsərrüfatı avadanlıqları, aqrar və qida məhsulları istehsal oluna bilər. Nazir Şahin Mustafayev İordaniya şirkətlərini bu ilin mayında Bakıda keçiriləcək "Caspian Agro" və "WorldFood Azerbaijan" Sərgilərinə dəvət edib. Enerji, turizm, nəqliyyat, təhsil və səhiyyə sahələrində də əməkdaşlıq imkanları genişdir. Vurğulanıb ki, e-vizanın tətbiqi nəticəsində ötən il İordaniyadan Azərbaycana gələn turistlərin sayı 55% artıb. Turizm və nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi üçün Bakı-Əmman birbaşa aviareysi açıla bilər.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin İordaniyanın Xarici İşlər naziri Ayman Al Safadi ilə görüşündə Cənubi Qafqaz və Yaxın Şərq regionlarındakı vəziyyətə dair qarşılıqlı məlumat və fikir mübadiləsi aparılıb. Ayman Al Safadi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və bundan sonra da dəstəkləyəcəyini vurğulayıb.

Səfər çərçivəsində Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimilər Krallığı hökuməti arasında Ticarət, İqtisadi və Texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilib və Protokol imzalanıb. 

Tarix
21 Fevral 2018 [14:22]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin