Ana səhifə
13 Dekabr 2018

Nazir Əli Abbasov məşhur İT şirkətlərinin vitse-prezidentləri ilə görüşdü

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ABŞ-ın dünyada məşhur “Cisco Systems” və “Intel Corporation” şirkətlərinin vitse-prezidentləri ilə görüşüb.

 

 

Ucnoqta.az xəbər verir ki, görüşdə nazir Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektorunun dinamik inkişafına yönələn intensiv fəaliyyətdən, o cümlədən icra edilən dövlət proqramları, həyata keçirilən islahatlar, gerçəkləşən milli və regional layihələrdən söz açıb.

Nazir həmçinin, Azərbaycanda İT şirkətlərinin, innovativ sahibkarlığın inkişafı üçün yaradılan əlverişli biznes mühitindən də danışaraq, bu sahədə həyata keçiriləcək perspektiv planları diqqətə çatdırıb.

Azərbaycanda həyata keçirilən islahatları maraqla qarşılayan qonaqlar da öz növbəsində, nazirə təmsil etdikləri şirkətlərin fəaliyyət istiqamətləri, o cümlədən korporativ şəbəkələr üçün avadanlıqlar, geniş spektr elektron avadanlıqlar, kompüter komponentləri, mikroprosessorlar, sistem məntiqi qurğuları və s. məhsulların istehsalı və yeni xidmətlər haqda məlumat veriblər.

Daha sonra tərəflər əməkdaşlıq perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

 

Bəhruz

Tarix
1 Dekabr 2014 [13:51]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin