Ana səhifə
20 İyun 2018

Vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən, o, yaşayış yeri üzrə qeydiyyata alınır

Şəxsin olduğu yer üzrə qeydiyyatdan keçməməsi, yaxud qeydiyyataalma və qeydiyyatdançıxma qaydalarına əməl etməməsi inzibati məsuliyyət yaradır

Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatına dair məsələlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Şəxsin yaşayış yeri dedikdə, tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin qanunun 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən, o, yaşayış yeri üzrə qeydiyyata alınır. Şəxsin olduğu yer dedikdə isə onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Həmin qanunun tələbinə görə, yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (bazar və bayram günləri istisna olmaqla) ərizə - anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır.

Vətəndaş olduğu yerdən getdikdə və ya olduğu yerdə qalacağı müddət qurtardıqda və həmin müddət uzadılmadıqda müvafiq dövlət orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Müddətin qurtarması və onun uzadılmaması həmin qeydiyyatın başa çatdığını göstərir.

Şəxsin olduğu yer üzrə qeydiyyatdan keçməməsi, yaxud qeydiyyataalma və qeydiyyatdançıxma qaydalarına əməl etməməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsinə əsasən inzibati məsuliyyət yarada bilər.

Seçki Məcəlləsinin 46.14-cü maddəsinə əsasən məntəqə seçki komissiyaları seçici siyahılarını dəqiqləşdirdikdən sonra vətəndaşların şəxsi müraciətləri əsasında edilən və ya edilməli dəyişiklikləri yoxlayıb nəzərə alır, habelə vəzifəli şəxslərin, bələdiyyə qurumlarının, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların, vətəndaşların yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanların təqdim etdikləri müvafiq sənədlər əsasında araşdırır.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 47.2-ci maddəsinə görə, vətəndaşın seçki məntəqəsi üzrə seçicilər siyahısına daxil edilməsi üçün onun yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyatını aparan orqanın müəyyənləşdirdiyi müvafiq seçki məntəqəsinin ərazisində daimi yaşaması (seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində seçki məntəqəsinin ərazisində yaşaması) faktı əsas götürülür.

Seçki Məcəlləsinin 47.9-cu maddəsinin tələbinə görə isə, seçici vəsiqələri paylandıqdan və seçici siyahıları ümumi tanışlıq üçün təqdim ediləndən sonra seçki məntəqəsinin ərazisində məskunlaşan və hər hansı səbəbdən siyahılara daxil edilməyən seçicilər şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd, zərurət olduqda isə həmçinin seçicinin həmin seçki məntəqəsi ərazisində daha çox yaşamasını təsdiqləyən sənədlər əsasında məntəqə seçki komissiyası tərəfindən seçicilər siyahısına əlavə edilirlər.

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən vətəndaşların seçici siyahılarından çıxarılması üçün əsas kimi vətəndaşın daimi yaşayış yerini dəyişməsi (daimi yaşayış yerindən qeydiyyatdan çıxaraq digər yerdə qeydiyyata düşməsi və ya ölkədən kənarda daimi yaşayış yeri seçməsi) və vətəndaşın müvəqqəti olduğu yer üzrə (seçkilərin təyin edilməsi günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşadıqda) seçici siyahılarına daxil olunması göstərilmişdir. Seçki komissiyalarının seçici siyahıları ilə iş qaydaları haqqında Təlimatın 3.3-ci bəndində göstərilir ki, bu Təlimatın 2.2-ci bəndində göstərilən əsaslar istisna olmaqla vətəndaşların adlarının qeydiyyatda olduqları yer üzrə seçici siyahılarından çıxarılması yolverilməzdir. Seçici siyahıları təsdiq edildikdən sonra vətəndaş seçici siyahısından rəsmi sənədlər əsasında çıxarılır və bu haqda seçiciyə məktubla məlumat verilir. Belə halda, seçici siyahısında vətəndaşın siyahıdan çıxarılmasının tarixi və səbəbi göstərilməlidir. Bu fakt məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiq edilir. Təlimatın 3.5-ci bəndində isə bildirilir ki,. müvafiq məntəqə seçki komissiyası vətəndaşların olduğu yer üzrə qeydiyyatını aparan orqanların verdiyi məlumat əsasında həmin seçki məntəqəsinin ərazisində seçkilərin elan olunması günündən əvvəlki 12 ayın azı 6 ayı ərzində yaşamış vətəndaşın adını məlumat alındıqdan dərhal sonra müvəqqəti qeydiyyat müddəti göstərilməklə seçici siyahısına daxil edir və bu barədə orada xüsusi qeyd aparır. Sonra həmin məlumat şəxsin barəsində məlumat cədvəlinə (cədvəl seçicilər siyahısındakı göstəricilərə uyğun hazırlanır; Təlimata 1 saylı əlavə) daxil edilir və həmin cədvəl seçicilər siyahısına əlavə edilərək, onun bir nüsxəsi həmin şəxsin daimi qeydiyyatda olduğu ərazidə yerləşən dairə seçki komissiyasına, digər nüsxəsi isə bu prosesə mərkəzləşdirilmiş qaydada nəzarəti həyata keçirmək üçün İnformasiya Mərkəzinə göndərilir. Şəxsin daimi qeydiyyatda olduğu yer üzrə dairə və məntəqə seçki komissiyası cədvəldəki məlumat əsasında məlumat alındığı gündən gec olmayaraq müvafiq qeydiyyat aparmaqla, onu seçicilər siyahısından çıxarmalıdır. Şəxsin daimi yaşayış yeri və müvəqqəti olduğu yer üzrə fəaliyyət göstərən dairə və məntəqə seçki komissiyaları şəxsi seçicilər siyahısına daxil edib-çıxararkən, onun seçki müddəti və səsvermə günü harada (müvəqqəti qeydiyyata alındığı yerdə və ya daimi qeydiyyatda olduğu yerdə) olacağına xüsusi diqqət yetirməlidir.

 Təlimatın 3.6-cı bəndində isə bildirilir ki, vətəndaş daimi qeydiyyatda olduğu yerə qayıtdıqda, onun müvəqqəti qeydiyyatdan çıxmasını təsdiq edən arayış əsasında müraciət edildiyi gündən gec olmayaraq müvafiq dairə və məntəqə seçki komissiyası tərəfindən əvvəllər adının olduğu seçicilər siyahısına daxil edilir (bərpa edilir) və bu barədə olduğu yer üzrə müvafiq seçki komissiyasına məlumat verilir. Əgər şəxs belə arayış almamışdırsa, anket-sorğuda göstərilən müddətin başa çatması onun adının həmin yaşayış yeri üzrə (qeydiyyatda olduğu yerdə) seçicilər siyahısına daxil edilməsi üçün əsas götürülür. Eyni zamanda şəxsin olduğu yer üzrə seçici siyahılarından çıxarılması üçün müvafiq seçki komissiyası şəxsin olduğu yer üzrə dairə seçki komissiyasına bu barədə məlumat verir.
 

Qeyd: bu müddəa aktiv seçki hüququna malik olan və Azərbaycan Respublikasının Prezidenti seçkilərinin təyin edilməsinədək (həmin gün də daxil olmaqla) 5 ildən az olmayaraq Azərbaycan Respublikasının ərazisində yaşayan vətəndaşlığı olmayan şəxslərə də aid edilir.
Əgər şəxs olduğu yer üzrə səsvermədə iştirak etmək üçün müraciət etmişdirsə və müraciət təmin olunmuşdursa, bununla bağlı həmin məntəqə seçki komissiyası tərəfindən seçki məntəqəsinin aid olduğu dairə seçki komissiyasına bu barədə məlumat verilir. Dairə seçki komissiyası isə dərhal seçicinin daimi qeydiyyatda olduğu yer üzrə dairə seçki komissiyasına və ya həmin dairə seçki komissiyasının ərazisindəki müvafiq məntəqə seçki komissiyasına məlumat verir və müvafiq məntəqə seçki komissiyasının qərarının surətini ona çatdırır. Məlumat alan seçicini siyahıya daxil etmiş dairə və ya məntəqə seçki komissiyası həmin şəxslə bağlı seçicilər siyahısında onun müvəqqəti olduğu yer üzrə səsvermədə iştirak etməsi barədə xüsusi qeyd aparır. Məntəqə seçki komissiyasının qərarı məlumat löhvəsində yerləşdirmək yolu ilə dərhal dərc olunur və onun surəti ərizəçiyə çatdırılır.
Vətəndaşın adının seçicilər siyahısına daxil edilməsi barədə müraciəti müvafiq məntəqə seçki komissiyası tərəfindən təmin edilmədikdə, ona məntəqə seçki komissiyasının qərarından qanunla müəyyən olunmuş qaydada və müddətdə bilavasitə şəxsin özü və ya həmin qərarı qəbul etmiş məntəqə seçki komissiyası vasitəsilə yuxarı seçki komissiyasına şikayət vermək hüququ izah olunur.

Tarix
21 Fevral 2018 [18:17]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin