Ana səhifə
21 Noyabr 2018

Elektron xidmətlərdən 700 minə yaxın vətəndaş yararlanıb

Elman Mehdiyev: «DSMF - nin elektron xidmətləri pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparılır»

 

«Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən göstərilən elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparılır. Fondun mərkəzi məlumat bazasında 1 milyon 285 min nəfər pensiyaçı və 2 milyon 886 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Bu da ölkə əhalisinin 43 faizindən çoxunu təşkil edir. Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb». Bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev jurnalistlərə açıqlamasında bildirib.

E.Mehdiyevin sözlərinə görə, hazırda sığortaedənlər tərəfindən DSMF orqanlarına cari ilin 3-cü rübü üçün hesabatların təqdim olunması davam edir: «Bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatlar tam elektron qaydada qəbul edilir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim edə bilərlər. DSMF-nin əhaliyə elektron xidmətlər göstərilməsi sahəsində təcrübəsi nəzərə alınaraq, bu ilin 22-23 oktyabr tarixlərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının “Sosial müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi” mövzusunda beynəlxalq tədbirinin Bakı şəhərində keçirilməsi qərara alınıb. Tədbirdə Assosiasiyaya üzv olan xarici ölkələrin sığorta-pensiya qurumlarının rəhbər vəzifəli şəxslərinin, habelə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində beynəlxalq ekspertlərin iştirakı nəzərdə tutulur».

 

Xalid

Tarix
9 Oktyabr 2014 [15:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin