Azərbaycanlı zəvvarlar üçün YENİ XƏBƏR

Azərbaycanlı zəvvarların Həcc ziyarətinin başlanma və bitmə tarixi məlum olub.
 
 
"Ucnoqta.az" Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata istinadən bildirir ki, bu il ölkədən Həcc ziyarətinə səfər avqustun 14, 15 və 16-da baş tutacaq.
 
 
Zəvvarların Səudiyyə Ərəbistanından dönüşü isə sentyabrın 1, 2 və 3-ə planlaşdırılıb.
 
 
Zəvvarlar Azərbaycandan Həccə yalnız təyyarə ilə yola salınacaq, Yaxın şərqdəki münaqişələr səbəbindən bu il də avtobusla səfərlər nəzərdə tutulmayıb. Uçuşları Azərbaycan Hava Yolları (AZAL) həyata keçirəcək.
Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 dollardır. Azərbaycanda Həccə sənəd qəbulunu rəsmi olaraq QMİ həyata keçirir.

Tarix
21 Fevral 2018 [12:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin