Ana səhifə
22 Sentyabr 2018

"Xəstəxanalarda infeksiyalardan ölüm faktı qeydə alınmayıb" - Baş epidemioloq

"Azərbaycanda xəstəxanadaxili infeksiyaların ləğvinə çalışırıq".
 

"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
 
 
O bildirib ki, xəstəxanadaxili infeksiyalar epidemioloji həddi aşmayıb: "Bu gün ölkənin ən böyük xəstəxanalarında belə infeksiyalardan ölüm faktı qeydə alınmayıb".

Xəstəxanalarda hər gün dezinfeksiya işlərinin aparıldığını diqqətə çatdıran baş epidemioloq qeyd edib ki, insanlar arasında hər zaman kəskin respirator virus infeksiyaları müşahidə olunur: "Bəzi adamlar buna müxtəlif adlar qoyur. İnfeksiyaları tamamilə ləğv etmək mümkün deyil. Bu gün həmin infeksiyalar epidemioloji həddi keçməyib. Sadəcə insanlar xəstələnən zaman müvafiq tibb müəssisələrinə müraciət etməli, həkim müayinəsindən keçməli və düzgün şəkildə müalicə almalıdırlar".

Tarix
21 Fevral 2018 [11:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin