Ana səhifə
19 Sentyabr 2018

“Artıq bir ildir maşınsızam”

Əməkdar artistin avtomobilini əlindən alıblar

 

Əməkdar artist Mehriban Xanlarovanın avtomobili müsadirə edilib. Ucnoqta.az lent.az-a istinadən xəbər verir ki, “Hələ bu harasıdır” verilişində qonaq olan aktrisa bildirib ki, bank onun maşınını əlindən alıb: “Artıq 1 ildir ki, maşınsızam. Banklar mənim başıma elə oyun açıblar ki, avtomobil idarə etməyə tövbə etmişəm. Bankın adını çəkmək istəmirəm. Amma onu deyim ki, maşın almaq üçün bir bankdan kredit götürmüşdüm. Əlimə pul düşən kimi 2 min manatı qabaqcadan verirdim ki, bəlkə, gələn aylarda əlimdə imkan olmadı. Axırda mənim başıma elə oyun açdılar ki, gedib maşını bankın qabağında saxladım, dedim: “Götür sat, nə istəyirsən elə. Məndən əl çəkin”. Maşınımın əldən çıxmasında günahkar özüməm. Çünki ödəniş etdiyim vaxt çekləri almamışdım. Başıma elə oyun açdılar ki, bir də kreditlə maşın almaram”.

 

Aktrisa onu da əlavə edib ki, digər bir bankla da problemi olub: “Bir dəfə də başqa bir bank başıma oyun açıb. Öz adıma maşın almışdım. Sonra nə isə oldu, satdım. Maşını satdığım şəxs də digərinə satdı. Beləcə, maşının borcları üst-üstə yığıldı. İndi də mənə deyirlər ki, maşın sənə məxsusdur, gəl pulunu ödə”.

Tarix
1 Dekabr 2014 [13:40]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin