Ana səhifə
22 İyun 2018

Ağsuçay məcrasından çıxdı - Evlər təhlükədədir

Ağsuçayın Ağsu rayonu ərazisindən keçən hissəsi rayonun bəzi ərazilərində evlərə təhlükə yarada bilər.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini İqbal Mikayılov məlumat verib.
 

Onun sözlərinə görə, Ağsuçay artıq məcrasından çıxıb: "Hər il havalar yağıntılı keçərkən çayın suyu artdıqca bəndləri zədələyirdi. Son vaxtlar yağan yağışlar nəticəsində isə çay məcrasından çıxıb və bəndləri yuyub. Bu da çay kənarında yerləşən evlərə təhlükə yaradıb. Hələlik evlərdə subasma faktı yoxdur, sadəcə təhlükəli vəziyyət yaranıb və hər an bu təhlükə arta bilər".
 

İ.Mikayılov bildirib ki, məsələ ilə bağlı Ağsu rayon İcra Hakimiyyəti "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinə müraciət edib və problemin qarşısının alınmasını xahiş edib.

Tarix
21 Fevral 2018 [10:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin