İtaliya olimpiadada 3-cü qızıl medalını qazanıb

 Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında dağ xizəkçiliyinin sürətli eniş yarışında qadınların mübarizəsinə yekun vurulub.


"Ucnoqta.az" "Report"a istinadən bildirir ki, italiyalı Sofiya Qoca 1 dəqiqə 39,22 saniyə nəticə ilə olimpiya çempionu olub. Norveçli Raqnhild Movinkel 1 dəqiqə 39,31 saniyə nəticə ilə gümüş, ABŞ təmsilçisi Lindsi Vonn isə 1 dəqiqə 39,69 saniyə göstərici ilə bürünc medal qazanıb.


Qeyd edək ki, Sofiya Qoca bu növdə qızıl medal qazanan ilk italiyalı xanım idmançıdır. O, hazırkı olimpiadada ölkəsinin aktivinə 3-cü qızıl medalı yazdırıb. İtaliyanın 2 gümüş və 4 bürünc medalı da var. 

Tarix
21 Fevral 2018 [18:28]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Paytaxtda sərnişindaşıma xidmətindən razısınız?
 bəli
 xeyr
 bilmirəm
 tam razı deyiləm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin