Ana səhifə
11 Dekabr 2018

Donbasla bağlı qanun qəbul edildi

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.  
 
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, sənəd rəsmi nəşr hesab olunan “Qolos Ukrainı” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.  
 
Sənədin imzalanması zamanı P.Poroşenko bildirib ki, qanun Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün  hüquqi mexanizmi təmin edəcək. P.Poroşenko müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi, habelə birləşmiş qüvvələrin komandanı vəzifəsinə namizədə dair təklifləri aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.   
 
Qeyd edək ki, Ali Rada  Donbasın reinteqrasiyası haqqında qanunu yanvarın 18-də qəbul edib.
 
Qanunun mətnində Rusiya işğalçı ölkə, Kiyevin nəzarətindən çıxan ərazilər isə işğal olunmuş  adlandırılıb.
 
Qanun ölkənin suverenliyinin müdafiə naminə prezidentə dinc vaxtı ordudan istifadə etmək hüququ verib. Bu ölkənin şərqində müharibə elan edilmədən ordudan istifadəni qanuniləşdirəcək.  Deputatlar qanunun hələ birinci oxunuşunda Minsk razılaşmalarının prioritetliyinə dair bəndi ləğv ediblər. 

Tarix
21 Fevral 2018 [18:10]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin