Ana səhifə
20 İyun 2018

Azərbaycanda təbiət hadisəsi baş verib - Kiçik çillə çıxdı

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gündən - fevralın 21-dən martın 20-dək Azərbaycan ərazisində qışın son çağı  - “boz ay” başlayıb.
 

Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: böyük çillə 40 gün, kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün “boz ay” adlanır. 
 

Xalq təqvimi ilə dekabrın 21-dən yanvarın 31-dək böyük çillə, yanvarın 31-dən fevralın  20-dək kiçik çillə, fevralın 21-dən martın 20-dək “boz ay” davam edir. 
 

Martın 20-də daha bir təbiət hadisəsi - yaz gecə-gündüz bərabərliyi baş verəcək və bahar fəsli başlayacaq. 
 

"Ucnoqta.az" Modern.az-a istinadən bildirir ki, bu il Novruz çərşənbələri fevralın 27-dən başlayacaq. AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, fevralın 27-də Su, martın 6-da Od, martın 13-də Hava (Yel), martın 20-də isə Torpaq çərşənbəsi qeyd olunacaq. B u il axırıncı çərşənbə baharın gəlişi ilə eyni günə təsadüf edəcək.
 

Yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 20:15-də daxil olacaq.


Dədə-babalarımız həmişə bu təqvimə uyğun davranıblar...

Tarix
21 Fevral 2018 [10:01]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin