Ana səhifə
11 Dekabr 2018

“Alpinistlərin tapılmaması qeyri – peşəkarlıqdır”

“İtkin düşən alpinistlərin tapılmaması düzgün qurulmayan işin nəticəsidir. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu işi bacara bilmədilər. Hadisə burda baş versəydi, o axtarışa çıxan əməkdaşlar rəsmi olaraq hesabat verməli idilər. Dronlarla ilk gündən axtarış olmalıydı”.
 

"Ucnoqta.az"  Modern.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin Fövqəladə Hallar Nazirliyində işləyən azərbaycanlı xanım Fidan İsmixanova deyib. Alpinistlərin bu günə qədər tapılmamasının səbəbindən danışan İsmixanova hesab edir ki, Azərbaycanda dağlarda arama-qurtarma ilə məşğul olan əməkdaşlar tam peşəkar deyillər: “Ya o ərazinin planını bilmirlər və ya xüsusi plan xəritəsi çıxara bilməyiblər. Düzgün axtarış təyin olmayıbsa, nəticə müsbət ola bilməz. Çox güman ki, alpinistlərin üzərinə qar uçqunu düşüb. O uçqunu müəyyən edən dağçılar olmalıdır. Çox səbəb var. Mən orda olmadığım üçün tam deyə bilmirəm. Buradan mühakimə etmək ədalətsiz qərar olar. Amma mütləq bir qeyri-peşəkarlıq var. Bunun üçün də Azərbaycanın FHN işçiləri dağ təlimi almalıdırlar”.
 

Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib. Bu günə qədər onlarla bağlı heç bir iz tapılmayıb.

Tarix
21 Fevral 2018 [09:43]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin