Ana səhifə
11 Dekabr 2018

Azərbaycanda 21 əcnəbi sax­la­nıl­ıb

Azərbaycanda 11 nəfər Pakistan, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı sax­la­nıl­ıb.
 

"Ucnoqta.az" Dövlət Miqrasiya Xidmətindən Trend-ə verilən məlumata istinadən bildirir ki, 16-19 fevral 2018-ci il tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilmiş 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı sax­la­nıl­ıb. Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər.
 

Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Tarix
20 Fevral 2018 [17:26]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin