Dəməşq minalardan atəşə tutuldu

17:02 - 20 Fevral 2018 - DÜNYA

Dəməşqin mərkəzi kvartallarından biri minalardan atəşə tutulub.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, insident nəticəsində 1 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Dəməşq polisi baş verən hadisə ilə bağlı məlumat yayıb: "Minalardan biri "Damaroz" oteli yaxınlığındakı avtomobil dayanacağında partlayıb. Nəticədə bir nəfər həlak olub, 8 nəfər xəsarət alıb",-deyə məlumatda bildirilir.
 

Bundan başqa bir neçə mina Abbasiin, Midan, Əz-ZƏhra Əl-Kadimə, Amara və Bab-Tuma kvartallarında partlayıb. Partlayışlar maddi ziyana səbəb olub.

Xəbər xətti