“Xocalı qətliamını unutmadıq” CHP sədri

16:39 - 20 Fevral 2018 - DÜNYA

Türkiyənin ana müxalifət partiyası olan Cumhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu Xocalı qətliamından danışıb.

 
"Ucnoqta.az" Lent.az-a istinadən xəbər verir ki, partiyasının həftəlik toplantısında çıxış edən Kılıçdaroğlu Xocalıda törədilən faciəyə də münasibət bildirib.

 
Partiya sədri deyib ki, Xocalıda yaşananlar həm də onların faciəsidir: “26 il əvvəl Xocalıda bir qətlimat törədilib. Onların ağrıları bizim ağrımızıdır. Biz o qətliamı unutmadıq. Orada həyatını itirənlərə Allah rəhmət diləyirik”.

Xəbər xətti