Ana səhifə
19 İyun 2018

Azərbaycanda yayılan yeni virusla bağlı — Səhiyyə Nazirliyindən açıqlama

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ilə bağlı yaşanan narahatlıqlar barədə açıqlama verib.

"Ucnoqta.az" xəbər verir ki, Afaq Əliyeva “Ölkə.Az”a bildirib ki, sözügedən məsələ ilə bağlı ciddi narahatlığa ehtiyac yoxdur:

“Azərbaycanda kəskin respirator virus infeksiyalarına yoluxma ötən ilki səviyyədədir. Xəstəliyin yayılma göstəricisində artım müşahidə edilmir. Səhiyyə Nazirliyinin əmrinə uyğun olaraq, xəstələrin aşkar olunması, müəssisələrdə dezinfeksiya tədbirlərinin gücləndirilməsi, müayinələrin aparılması üçün tədbirlər davam etdirilir. Bu payız-qış mövsümündə laborator müayinələr aparılıb. Hələ ki, pandemik qrip virusları aşkarlanmayıb. Nümunələrin müayinəsi zamanı xəstələrin əsasən müxtəlif kəskin respirator virus infeksiyalarına yoluxduğu məlum olub".

Tarix
20 Fevral 2018 [15:49]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin