Ana səhifə
18 Dekabr 2018

“Nardaran işi” ilə bağlı məhkəmə keçirildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran işi" üzrə təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun məhkəməsi keçirilib. 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə baxış iclası baş tutub.

Dövlət ittihamçısı Fərid Nağıyev çıxış edərək ittiham aktını elan edib. Hər iki şəxs özlərini təqsirli bilmədiklərini deyiblər. 

Sərbəst güləş üzrə idman ustası olan E.İsgəndərov qarşıdurma zamanı Sabunçu Rayon Polis İdarəsinin qarşısında olmadığını deyib:  "Müsəlman Birliyi Hərəkatının üzvüyəm. "Nardaran hadisələri"ndən öncə məni tutub 15 sutka cəza verdilər. Ona görə də həmin hadisələr zamanı təcridxanada olmuşam. Məhkəmədən ədalətli qərar gözləyirəm".

Proses fevralın 23-də davam etdiriləcək. 
 
E.İsgəndərov 5 noyabr 2015-ci ildə Sabunçu Rayon Polis İdarəsinin qarşısında keçirilən aksiyadan sonra saxlanılıb və 15 gün müddətinə inzibati həbs olunub. Daha sonra Sabunçu Rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu Rayon Məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu Rayon Prokurorluğuna göndərilib.

İttihama görə,  E.İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Nardaran qəsəbəsindəki əməliyyat zamanı qarşıdurma Ə.bünyatovun evində baş verib.

Tarix
20 Fevral 2018 [15:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin