Ana səhifə
21 Sentyabr 2018

“AZDAS-2018” Konfransı keçiriləcək

Xəstəxanadaxili infeksiyalarla mübarizə istiqamətində əldə edilmiş mühüm nailiyyətlərə baxmayaraq, bu infeksiyalar hələ də əksər dünya ölkələrində, o cümlədən respublikamızda səhiyyənin aktual problemlərindən biri olaraq qalmaqda davam edir.

 

Səhiyyə Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, Azərbaycanda xəstəxanadaxili infeksiyalara qarşı aparılan profilaktik və əksepidemik tədbirlərin bu sahə üzrə dünya praktikasında tətbiq edilən sanitar qayda və normativlərə, o cümlədən müasir standartlara uyğun təkmilləşdirilməsi ölkə səhiyyəsi qarşısında duran mühüm vəzifələrdən biri hesab edilir.

 

Bu məqsədlə 21 fevral 2018-ci il tarixində saat 9:30-da Bakı Biznes Mərkəzində Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyasının “AZDAS-2018” Konfransı keçiriləcəkdir. 

 

Konfransın proqramında Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Baş Epidemioloqu t.e.d., prof. İbadulla Ağayev, bu sahədə dünyanın ən öndə gələn qurumu WFHSS (World Federation for Hospital Sterilisation Sciences) fəxri prezidenti Villi Renders, WFHSS vitse prezidenti və Türkiyənin DAS (Dezenfeksiyon Antisespis Sterilizasyon Dərnəyi) rəhbəri Duyğu Perçin, Fransanın “Anios Laboratories” şirkətinin region üzrə meneceri xanım Esra Pehlivan və AZDAS-ın (Azərbaycan Dezinfeksiya Antiseptika Sterilizasiya Assosiasiyası) idarə heyətinin üzvü MKX İnfeksiyaya Nəzarət komitəsinin sədri Yaqut Qarayeva çıxış edəcəklər. 

 

22 fevral 2018-ci il tarixində Milli Onkologiya Mərkəzində həmin mühazirəçilərin çıxışları ilə “Xəstəxanadaxili İnfeksiyalara Nəzarətin Müasir Üsullara və Dəyişən Tibbi Müdaxilələrə Uyğun Qayda və Normativlərlə Tənzimlənməsi” adlı Seminar planlaşdırılır. 

 

Hər iki tədbirdə bu sahədə elmi fəaliyyət göstərən alim və mütəxəssislər, ölkənin tanınmış həkim-epidemioloqları, infeksionistlər, aparıcı müalicə müəssisələrinin, o cümlədən nüfuzlu xəstəxanaların rəhbərləri və aidiyyətli tibb işçiləri iştirak edəcəklər.

 

 
Tarix
20 Fevral 2018 [13:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin