Ana səhifə
19 İyun 2018

DİN Sarayda çörək sexində baş verən partlayış barədə məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Abşeron rayonundakı çörək sexində baş verən partlayışla bağlı məlumat yayıb.
 

"Ucnoqta.az" Nazirlikdən Trend-ə verilən məlumata istinadən bildirir ki, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kv. metr olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
 

Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılmış, eləcə də 50 kv. metr sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma aparılır.

Tarix
20 Fevral 2018 [13:15]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin