Ana səhifə
22 Sentyabr 2018

2.6 milyon körpə doğulandan bir ay sonra ölür

BMT-nin Uşaq Fondu (UNICEF) yeni doğulan körpələrin ölüm sayını açıqlayıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, təşkilat bir milyon körpənin doğulduğu gün,  2.6 milyon körpənin isə bir ay sonra vəfat etdiyini açıqlayıb. 
 

UNICEF-in araşdırmasının nəticələrinə görə erkən doğumdan sonra müayinə əksikliyi, doğumda yaşanan problemlər, ağciyər iltihablanması və qan zəhərlənməsi kimi problemlər yeni doğulan uşaq ölümlərinin səbəblərindəndir.
 

Məlumata əsasən ən çox körpə ölümü Pakistan, Mərkəzi Afrika Respublikası və Əfqanıstanda baş verir. Hesabatda körpələrin həyatda qalma nisbətinin ən yüksək olduğu ölkələr isə Yaponiya, İslandiya, Sinqapur olduğu bildirilib.

Tarix
21 Fevral 2018 [00:50]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin