Sabah çiskin olacaq - PROQNOZ

12:36 - 20 Fevral 2018 - ÖLKƏ İÇİ

Ölkə ərazisində fevralın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.
 

"Ucnoqta.az" Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir çiskinli yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.
 

Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

 

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.
 

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Zəif şərq küləyi əsəcək.
 

Havanın temperaturunun gecə 0-5, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
 

Fevralın 21-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Xəbər xətti