Ana səhifə
25 İyun 2018

İran qarışdı — 5 polis öldürüldü, 30 polis yaralı

İranın paytaxtı Tehranda "Qonabadi dərvişləri" adlı təriqət üzvləi ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, toqquşmalar zamanı 5 polis əməkdaşı öldürülüb, 30 nəfər isə xəsarət alıb.

İran polis təşkilatının mətbuat katibi Sait Müntəzirülmehdi səhər saatlarında baş verən toqquşmalarda ən azı 300 təriqət üzvünün saxlanıldığını bildirib. Toqquşmalarda bəzi etirazçıların yaralandığını bildirən Sait, yaralı təriqət üzvlərinin sayı haqqında məlumat verməyib.
 

Həlak olan polis əməkdaşlarından 3-2 kütlənin üzərinə sürülən avtobusun altında qalıb. Polislərdən biri avtomobil ilə edilən hücum nəticəsində, digəri isə bıçaqlanma nəticəsində ölüb.
 

Təriqət üzvü Nemətulla Reyahinin dünən saxlanılmasına etiraz edən təriqət üzvlərindən ibarət qrup Tehranın Pasdaran bölgəsində Reyahinin saxlandığı polis bölməsinin qarşısına toplaşıb. Polisin xəbərdarlıqlarını vecinə almayan kütlə ilə təhlükəsizlik qüvvələri arasında təriqət lideri Nur Əli Tabendenin evinin ətrafında toqquşma baş verib.
 

Qeyd edək ki, "Qonabadi" təriqəti Hicrətin 8-ci əsrində qurulan və 12 imama aid şiə təriqətidir.

Tarix
20 Fevral 2018 [12:13]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin