Ana səhifə
21 İyun 2018

Sloveniya millisinin hokkeyçisində dopinq aşkarlanıb: Pxençxan-2018

Cənubi Koreyanın Pxençxan şəhərindəki XXIII Qış Olimpiya Oyunlarında iştirak edən Sloveniya millisinin kişi hokkeyçisi Jiqa Eqliçin dopinq analizi müsbət nəticə verib.

"Ucnoqta.az" “Report”a istinadən xəbər verir ki, 30 yaşlı hücumçunun orqanizmində fenoterol maddasi aşkarlanıb. Yarışlardan kənarlaşdırılan idmançı üç gün ərzində Olimpiya Kəndini tərk edəcək. Olimpiada başa çatdıqldan sonra Eqliçin cəza müddəti ilə bağlı qərar qəbul olunacaq.

Qeyd edək ki, Jiqa Eqliç Qış Olimpiya Oyunlarında Sloveniya millisinin heyətində 3 oyun keçirib və bir qol vurub. Bu komanda hazırda "pley-off" mərhələsində Norveç yığması ilə qarşılaşır.

Daha əvvəl körlinq növü üzrə bürünc medal qazanan rusiyalı idmançı Aleksandr Kruşelnitskinin B dopinq-testi də müsbət nəticə verib.

Tarix
21 Fevral 2018 [00:25]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin