İspaniya futbolunda şok - 24 nəfər saxlanıldı

11:22 - 20 Fevral 2018 - İDMAN

İspaniyanın üçüncü və dördüncü liqalarında danışılmış oyunlarda şübhəli bilinən 24 nəfər saxlanılıb.
 

"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, söhbət Sequnda B və Tersera Liqadan gedir. Yerli polis və Avropolun birgə həyata keçirdiyi əməliyyat Barselona, Albasete və Badaxoz şəhərlərində baş tutub.
 

İspaniya mətbuatının məlumatına görə, sözügedən şəbəkəyə iki keçmiş futbolçu rəhbərlik edir. Onlar Çinin bukmeker kontorlarından birinə işləməkdə ittiham olunur. Hələlik adlar açıqlanmayan həmin futbolçular sözügedən liqalarda mübarizə aparan bəzi oyunçuları öz istəklərinə uyğun şirnikləndirməyə və məcbur etməyə çalışıblar.

Xəbər xətti