Ana səhifə
26 May 2018

Rasim Balayev serial təkliflərinə yox deyir

Bir müddət öncə səhhətində problem yaranan xalq artisti Rasim Balayev hazırda özünü yaxşı hiss edir. “Üç nöqtə”yə açıqlama verən xalq artisti bildirdi ki, hər şey normaldı və müalicə alır. Yaradıcılığından danışan xalq artisti deyir ki, seriallarda çəkilmək təklifi gəlsə də qəbul etmir: “Ssenarini oxumuşam və görmüşəm ki, mənlik deyil. Seriallara çəkilmək istəyirəm. Amma ssenariyə baxanda deyirəm ki, ona çəkilməsəm daha yaxşıdı”.

R.Balayev deyir ki, sənətkarlara qiymət verilməyindən də danışdı: “Qiymət deyəndə o da nisbi şeydi. 5-10 ildən sonra hər şey yaddan çıxır. Mən əvvəllər Kinematoqrafçılar İttifaqında işləyirdim. Bizim kinoittifaqını ləğv etdilər. İndi kinoya çəkilməliyəm. Amma kino elə bir şeydi ki, gərək mənə uyğun rol olsun. Bir də görürsən ki, o rol olmur. Uyğun rol olanda yəqin dəvət edərlər”.

Aktyor deyir ki, kinomuzun inkişaf etməməsinin bir çox səbəbləri var. Amma bu haqda danışmaq istəmir: “Kinolar çəkilir. Nə bilim vallah. İnşallah hər şey yaxşı olar”.

 

Rəqsanə 

Tarix
9 Oktyabr 2014 [16:02]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin