Ana səhifə
23 İyun 2018

“Allaha sığınıram və Qurani-Kərim oxuyuram” — Ulduz futbolçudan maraqlı açıqlamalar

İngiltərənin Liverpul klubunun seneqallı ulduzu Sadio Mane uşaqkən yaşadığı çətinliklər və futbolda yaşadığı anlar haqqında Liverpul televiziyasına müsahibə verib.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, sürəti və texnikası ilə seçilən ulduz futbolçu bildirib ki, uşaq yaşlarından çox sürətli olub.
 

“Özümü tanıyandan sürətliyəm. Sürətim üçün əlavə olaraq məşq etməmişəm. Bu, Allahın mənə bəxş etdiyi istedaddır. Sürətli olduğum üçün məni məktəbdə də tez-tez yarışlara göndərirdilər. Davamlı olaraq qaçırdım. Uzun məsafələrə də qaça bilirəm”, - deyə Mane qeyd edib.
 

Hücumçu həyatı ilə bağlı da danışıb: “Çətin anlarımda həmişə Allaha sığınmışam və Qurani-Kərim oxumuşam. Din mənim üçün çox önəmlidir. İslamın bütün vacib şərtlərinə əməl edirəm və gündə 5 vaxt namaz qılıram. Orqanizmimi tanıyıram, nələrin mənə xeyir verəcəyini bilirəm. Xüsusi aşpazım var və xoşladığım yeməkləri bişirir. Təbii qidalarla qidalanmağa üstünlük verirəm. Ömrümdə heç vaxt alkoqollu içki içməmişəm. Siqaret də çəkməmişəm”.

Tarix
20 Fevral 2018 [19:29]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin